Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən məscidlər, ev-muzeyləri, malikanələr təkcə təkrarsız memarlıq nümunələri deyil, həm də qədim tariximizin və çoxəsrlik mədəniyyətimizin aynasıdır.

Qarabağ xanlarının yadigarıŞuşanın memarlıq irsi

Tarixən 17 məhəllədən ibarət Şuşada hər məhəllənin öz məscidi olmuşdur. Lakin bu məscidlər arasında XIX əsrdə İbrahimxəlil xanın qızı Gövhərağanın sifarişi ilə Qarabağın bir çox məşhur memarlıq nümunələrinin banisi memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş Yuxarı GövhərağaAşağı Gövhərağa məscidləri xüsusi yer tutur. Bundan əlavə, vaxtilə şöhrəti nəinki Şuşaya, bir sıra ölkələrə də yayılan bu memarın əsərlərindən biri də XIX əsrə aid Saatlı məscididir. Məsciddə ornamentlər qorunub saxlanılmaqla bərpa işləri aparılmışdır.

Vaqifin və Bülbülün irsini sevənlər Şuşada Vaqifin muzey-məqbərəsiBülbülün ev-muzeyini ziyarət edə bilərlər. İbrahimxəlil xanın vəziri, öz dövrünün mütəfəkkiri və Azərbaycan poeziyasının böyük siması Molla Pənah Vaqifin xatirəsinə 1982-ci ildə ucaldılmış görkəmli məqbərə Cıdır düzündə, elə şairin məzarı üstündə tikilmişdir və 2021-ci ildə yenilənmişdir. 2021-ci ildə aparılan bərpa-quruculuq işlərindən sonra həm də əbədi sənətkarımız Bülbülün ev-muzeyi yenidən fəaliyyətə başladı. Belə ki, ev-muzeyin 1788-ci ildə inşa edilmiş binası və ona məxsus həyətyanı sahə tarixi görkəmini saxlamaqla restavrasiya olunmuşdur. Muzeyin binasında Bülbülün ekspozisiyası qurulub, həyətdə isə onun büstü ucaldılıb.

Şuşada yerləşən diqqətəlayiq tarixi-memarlıq nümunələrindən biri Mehmandarov nəslinin nümayəndələri tərəfindən inşa olunmuş Mehmandarovların malikanə kompleksidir. XVIII əsrə aid yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-2023-cü illərdə yaşayış komleksində aparılan bərpa işləri zamanı milli elementlər ilə bərabər ən müasir interyer elementlərindən istifadə edilmiş, abidənin ilkin görkəmi geri qaytarılmışdır.

Qarabağ xanlarının yadigarı | Şuşanın memarlıq irsi
QALEREYA

Şuşanın yenilənmiş memarlıq irsində tarixin izini duyun

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
25°C
Orta:
21.6 – 30.5°C / 70.9–86.9°F

Temperaturu hiss et

Hazırda:
27.8°C
Orta:
21.5 – 31.4°C / 70.7–88.5°F

Külək

Hazırda:
  • Əsasən günəşli və xoş
  • Cənub-Şərq
  • sürət 14.8 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Bakıdadigər fəaliyyət növləri

Zamanın dayandığı Cıdır düzü
Zamanın dayandığı Cıdır düzü
Haykinq imkanları

Zamanın dayandığı Cıdır düzü

Kiçik Qafqaz Dağlarının qoynunda yerləşən, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi və incəsənət beşiyi Şuşanın təbiəti, əsrarəngiz... Daha ətraflı

Suqovuşanın tarixi irsi
Suqovuşanın tarixi irsi
Təbiət və macəra

Suqovuşanın tarixi irsi

Suqovuşan və ətraf rayonların bənzərsiz təbiəti bir sıra mühüm əhəmiyyət kəsb edən tarixi yerləri ilə... Daha ətraflı

Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa
Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa
Təbiət və macəra

Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa

Əsası 18-ci əsrdə qoyulmuş əzəmətli Şuşanın özünəməxsusluğu dillər əzbəridir. Ancaq bu gün biz bu şəhərin... Daha ətraflı

yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs
yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs
Şərab zavodları

yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs

Tarixi dəyərləri ilə tanınan və böyük turizm potensialına malik olan Tuğ kəndi əvvəlki şöhrətini bərpa... Daha ətraflı

Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi
Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi
Milli mətbəxlə tanışlıq

Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi

Şuşanın zəngin mətbəxinin müxtəlif ləzzətləri bütün dünyaya çoxdan səs salıb. Qarabağın münbit torpaqları, yerli əhalisinin... Daha ətraflı

tarixin yadigarı Tuğun sərvətləri
tarixin yadigarı Tuğun sərvətləri
Tarix və diyarşünaslıq muzeyləri

tarixin yadigarı Tuğun sərvətləri

Xocavənd rayonunda Qarabağ dağ silsiləsinin ətəklərində yerləşən Tuğ kəndi Azərbaycan mədəniyyətinin əbədi irsini sübut edən,... Daha ətraflı

səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə
səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə
Mədəni irs obyektləri

səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə

Bir çox tarixi şəxsiyyətin vətəni Tuğ kəndi bu gün çiçəklənib, dirçəlib yenidən inkişaf yoluna düşərək... Daha ətraflı

istedadlı simaların yurdu Şuşa
istedadlı simaların yurdu Şuşa
İncəsənət, mədəniyyət, irs

istedadlı simaların yurdu Şuşa

Şuşa şəhəri Azərbaycanın zəngin mədəni irsinin mərkəzi kimi tanınır. Əsrlər boyu Şuşa bir çox istedadlı... Daha ətraflı

gözəllik səltənəti Şuşa təbiəti
gözəllik səltənəti Şuşa təbiəti
Haykinq imkanları

gözəllik səltənəti Şuşa təbiəti

Əzəmətli dağları, mənzərəli qalın meşələri, çağlayan şəlalələri ilə Şuşanın təbiəti insanı ovsunlayır, ruhunu dincəldir.   Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun