qədim Şəkidətarixi gəzinti
Səyahətinizə ara verərək günün birinci yarısı 2019-cu ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş qədim Şəkinin çay daşları döşənmiş küçələrində dolaşın. Təmiz dağ havasını ciyərlərinizə çəkin, kərpic tikililərin gözəlliyindən zövq alın və tarixi abidələri ziyarət edin. Şəhərin yuxarı hissəsində qoşaçatılı damları ilə seçilən XIX əsrə aid binalar, məscid və hamamlar diqqətinizi cəlb edəcək. Bu yerlər keçmişdə Şəkinin ipək ticarəti mərkəzi olduğunu özündə əks etdirir. Burada görkəmli qələm sahibləri – Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeylərini ziyarət edə, Şəki Xan Sarayına baş çəkə bilərsiniz. İpək Yolu boyunca səyahət Şəkidə çay süfrəsinə qonaq olmadan, gecəni də XVIII əsrdə inşa edilmiş və hazırda hotel kimi fəaliyyət göstərən Karvansarayda keçirmədən natamam olar. Bir neçə əsr geriyə qayıdacağınıza əmin olun!